Dünya Bankı Azərbaycanın kənd təsərrüfatının məhsuldarlığını və rəqabət qabiliyyətini artırmaq üçün bir neçə istiqamətdə işləməyi məqsədəuyğun hesab edir.
Mynews.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisində beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti deyib.
O bildirib ki, Azərbaycanda məhsuldarlığın üç dəfə artırılması üçün imkanlar var:
“Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur. Məhsuldarlığın artırılması üçün rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür”.
Dünya Bankının rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 milyard ABŞ dolları olduğunu deyib.
Culian Lampietti qeyd edib ki, aqrar sektor ixracın 77 faizini Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir. O baxımdan, yeni bazarlar barədə düşünmək lazımdır.
O eyni zamanda qeyd edib ki, kənd təsərrüfatında interfeyslər çox sadə olmalıdır:
“Biz Azərbaycandan xeyli aşağı səviyyəli ölkələrə baxanda görürük ki, onların texnologiyaya çıxışı daha asandır. Və mən düşünürəm ki, onlar Avropa səviyyəsinə daha tez çatacaqlar. Azərbaycanda güman edirəm ki, fermerlərin təhsilinin aşağı olması interfeyslərdən daha az istifadə ilə nəticələnir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub