İyul ayının 1-dən Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılır.
Mynews.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Qanuna görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə görə 20 manat rüsum tətbiq ediləcək. Mövcud qanuna görə isə bu rüsum 10 manatdır.
Bundan başqa, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə dövlət rüsumu 12 manat məbləğində müəyyənləşdirilib. Hazırkı qanuna görə bu rüsum 4 manatdır.
Qeyd edək ki, qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub