2018-ci ilin ilk 6 ayında ölkənin otellərində 1 milyon 289 min gecələmə olub.
Mynews.az xəbər verir ki, rəsmi statistik məlumatlar bu göstəricinin ötən illə müqayisədə 19,3% artdığını göstərir.
Otellər üzrə gecələmələrin mütləq çoxluğu – 62% paytaxt Bakı, 38%-i isə regionların payına düşüb.
Məlumata görə, hesabat dövründə otellərdə qalanların əksəriyyətini (72,6%), daha dəqiqliklə 935,2 min nəfərini əcnəbilər təşkil edib.
Turistlər arasında ilk üç yerdə müvafiq olaraq, BƏƏ (14,3%), Rusiya (14,1%), İran (6,6%) qərarlaşıblar.
İlk onluqda həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan, ABŞ, İsrail, Qətər kimi ölkələr də yer alıb.
Qeyd edək ki, ötən dövr ərzində otellərin turizmdən qazancı 167 milyon manat təşkil edib ki, bu məbləğin 66,3%-i otel nömrələrinin, yerdə qalan hissəsi isə qida və xidmətlərin satışından gələn gəlirlərin payına düşüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub