MDB ölkələri arasında ən aşağı orta aylıq əmək haqqı Tacikistan və Qırğızıstanda qeydə alınıb.
Mynews.az xəbər verir ki, bununla bağlı məlumat Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun hesabatında bildirilib.
2017-ci ildə əmək haqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əmək haqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əmək haqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əmək haqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əmək haqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.
Reytinq 2017-ci ilin sonunda bu ölkələrdə dollar məzənnəsini nəzərə alaraq tərtib edilir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub