2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110 milyon 5 min ABŞ dolları və ya 15 faiz artıb.
Mynews.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayına istinadən xəbər verir ki, hesabat dövründə Rusiyaya 319 milyon 9 min, Türkiyəyə 180 milyon, Gürcüstana 74 milyon, İsveçrəyə 69 milyon 3 min və Çinə 23 milyon 9 min ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. May ayında olduğu kimi, iyun ayında da 43 milyon 2 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.
Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26 milyon 8 min ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12 milyon 4 min ABŞ dolları) isə üçüncü olub.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub