“BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyaların sahiblərinə qaytarılması işini davam etdirir.
Mynews.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, iyul ayında “BakuBus”a məxsus avtobuslarda tapılan 7 ədəd çanta, 5 ədəd telefon, 2 ədəd dəmir avadanlıq, 1 ədəd pulqabı, 1 ədəd kitabça və 1 ədəd iş kartı sahibinə təhvil verilib.
Həmçinin iyulda avtobuslarda unudulan (itirilən) Cəmilə Ələsgər qızı Mustafayeva, Aytac Abisalam qızı Əliyeva və Naibə Nazim qızı Aboyevaya məxsus şəxsiyyət vəsiqələri, Ruslan Arzum oğlu Muradova məxsus pasport, Nicat İzzət oğlu Hüseynov və Rəhim Yusif oğlu Əliyevə məxsus tələbə biletləri, Firuzə Sabir qızı Rəhimova, Samirə Ağasəlim qızı Dadaşova və Fərid Məmməd oğlu Yusifova məxsus sənəd üçün qablar, Rüfət Aslanov, Arif Həsənov və Dilruba Əsgərzadəyə məxsus bank kartları, İlkin Marif oğlu Hüseynova məxsus iş kartı və 1 ədəd “BakıKart”, eləcə də sahibləri məlum olmayan əşyalar hazırda “BakuBus”dadır.
Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə şirkətə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.
“BakuBus”a məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən), sahibləri tərəfindən götürülməyən sənəd və əşyalar vaxtaşırı olaraq Bakı Şəhər Baş Polis İdarəsinə və “Poçtap” xidmətinə təhvil verilir.
Bununla belə, şirkət avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır”, - məlumatda qeyd olunub.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub