Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.
ƏMDK-dən Mynews.az-a verilən məlumata görə, ümumi faydalı sahəsi 236 kvadratmetr olan Biləsuvar rayonunda yerləşən Bağbanlar kənd Mədəniyyət evi torpaq sahəsi ilə birgə özəlləşdirilib. İştirakçı bu dövlət əmlakı üçün 15 min manat ödəyib. Hərracda özəlləşdirilən daha bir daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən qeyri-yaşayış sahəsidir. Xidmət obyekti kimi istifadəyə imkan verəcək bu obyektin ümumi faydalı sahəsi 47,8 kvadratmetr, investor tərəfindən ödənilən qiyməti isə 15 min manat olub.
Komitə tərəfindən növbəti hərrac avqustun 14-də keçiriləcək. Bu dəfə hərraca sərmayəçilər üçün yeni biznes imkanları yarada biləcək 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyət, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı isə nəqliyyat vasitəsidir. Fəaliyyət istiqamətlərinin, ərazi, ümumi faydalı sahə və qiymət kateqoriyalarının müxtəlif olması investorlara dövlət əmlakları üzrə geniş seçim imkanı vəd edir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub