Azərbaycanda Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin layihələri hazırlanıb.
Bu barədə Mynews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.
Əmək bazarının daimi müşahidəsi və monitorinqinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma sisteminin yaradılması Milli Observatoriyanın əsas məqsədini təşkil edəcək.
Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasında qabaqcıl dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir. Bu istiqamətdə Avropa Təhsil Fondu ilə də əməkdaşlıq edilməkdədir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması mühüm yer tutur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub