Naxçıvan Muxtar Respublikasına Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu xətti ilə yüklərin daşınmasına başlanılıb.
Mynews.az-ın məlumatına görə, avqustun 8-də BTQ ilə daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsi ilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb.
Yük isə Naxçıvanın dəmir yolları təsərrüfatının yenilənməsində istifadə ediləcək ağac şpallardır.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsi ilə daşımaların təşkili Naxçıvanın daha bir alternativ nəqliyyat dəhlizinə çıxışı deməkdir. Bu da muxtar respublika üçün mühüm strateji əhəmiyyəti olan hadisədir.
Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və ötən ildən işə salınması xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Ötən ilin oktyabrında dövlət başçılarının iştirakı ilə gerçəkləşən açılış mərasimində də qeyd olunduğu kimi, gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə və Naxçıvanda istehsal olunan məhsulların xarici ölkələrə rahat daşınmasına səbəb olacaq.
.jpg)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub