Rusiya Mərkəzi Bankı rublun məzənnəsinin ucuzlaşmasının, eləcə də, valyutadakı volalitliyin qarşısını almaq üçün hərəkətə keçib.
Mynews.az xəbər verir ki, Mərkəzi Bank gündəlik valyuta alışı və satışını məhdudlaşdırmaq qərarı verib.
Bankdan bildirilir ki, rublun məzənnəsindəki eniş ABŞ-ın sanksiyalari ilə bağlıdır. Dalğalanmanın qarşısını almaq üçün Rusiyanın kifayət qədər manevr imkanları var.
Qeyd edək ki, Mərkəzi Bank artıq valyuta alışını azaldıb. Belə ki, avqustun 9-da keçirilən hərracda bank tərəfindən 8 mlrd. 400 mln. rubl dəyərində xarici valyuta alıb. Hansı ki avqust ayının 8-də bu rəqəm 16, 7 milyard rubl olmuşdu.
Bu arada, rublun məzənnəsindəki sərt enişi dəyərləndirən Rusiyanın baş naziri Dimitri Medvedev bildirib ki, ABŞ bank sektoruna və xarici valyuta transferlərinə sanksiya tətbiq edərsə, bunu iqtisadi müharibə kimi dəyərləndirəcəklər.
Xatırladaq ki, ilin əvvəlindən rubl dollara nisbətdə 13 faiz dəyərdən düşüb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub