Bu ilin yeddi ayında pərakəndə ticarət şəbəkələrində əhaliyə 10 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb
Dövlət Statistika Komitəsindən Mynews.az-a verilən məlumata görə, satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə 1,9 faiz üstələyib.
Hesabat dövründə əhalinin qeyri-ərzaq məhsulları üzrə xərcləri isə 10,1 milyard manat olub. Bu kateqoriyada xərclər ötən ilin eyni ayları ilə müqayisədə 3,2 faiz artıb.
Ümumilikdə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının payına düşüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub