Ötən il ərzində Azərbaycanın kommersiya banklarının xarici borcu 71,8 faiz azalaraq, 900 mln. dollar təşkil edib.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da bildirilir.
Sənəddə qeyd olunur ki, Azərbaycan dövlətinin borc öhdəliklərinin strukturunda bankların xarici borcu 6,5 faiz xüsusi çəkiyə malikdir.
Bununla yanaşı, ölkə banklarında xarici valyutada əmanətlərin azalması da qeydə alınıb. Belə ki, ötən il xarici əmanətlərin payı 80 faizdən 68 faizə düşüb.
“De-dollarlaşma bankların kredit portfeli üzrə də qeydə alınıb. 2016-cı ildə xarici valyutada verilmiş kreditlər cəmi kreditlərin 48 faizini təşkil etdiyi halda, ötən il ərzində həmin göstərici 41 faizə enib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub