Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır.
Mynews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub