Şəhərin məhəllələrində 2 gün su olmayacaq.
Sumqayıtın 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində yol çöküb. Yolun çökməsinə kanalizasiya borusunun partlaması səbəb olub.
Ərazidə baş verən qəza şəhərin bəzi hissələrində içməli suyun verilməsində problemlər yaradıb.
Mynews.az xəbər verir ki, məhəllələrdə yaşayan sakinlərdən xeberle.com-a daxil olan müraciətlərdə su üzünə həsrət qaldıqlarını deyirlər.
Görəsən bu problem nə vaxta kimi davam edəcək? Elə bu məqsədlə Sumqayıt Sukanal İdarəsi ilə əlaqə saxlanılıb.
İdarədən sayta bildirdilər ki, ərazidə aparılan təmir işləri yekunlaşmayanadək suyun verilməsində fasilələr yaranacaq: "Baş vermiş qəzayla bağlı Sumqayıtın demək olar ki, bütün məhəllələrinə içməli suyun verilişi dayandırılıb. Buna səbəb həmin məhəllələrə gedən içməli su xəttinin qəza baş verən ərazidən keçməsidir. Qəza tam aradan qaldırılmayanadək bu problemlər davam edəcək. Ona görə də növbəti 2 gün ərzində də sözügedən ərazilərdə su fasilələrlə veriləcək."
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub