Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsinin dövlət müfəttişləri Azərbaycan və İrandan gətirilən 105 tona yaxın məhsulun bir neçə partiyasının geri qaytarılmasına dair qərar qəbul ediblər.
Mynews.az xəbər verir ki, geri qaytarılan məhsullara dörd partiya gavalı və hər birinin çəkisi 12,5 və 18,5 ton bir partiya qara çay və bir partiya şaftalı daxildir.
Qeyd edək ki, məhsullarda şərq meyvəyeyəni və yovşan-quyruq ambroziya aşkarlanıb.
Zərərvericilərin mövcudluğu “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib.
Yüklərin sahibləri inzibati məsuliyyətə cəlb olunaraq məhsullar ixracatçı ölkələrə geri qaytarılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub