“Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb”.
Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq qalmış məbləğlərin layihələrə yönəldilməsi nəzərdə tutulub.
"Xarici borcların qaytarılması limit çərçivəsində olmalıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və strategiyaya da uyğun işlər aparılacaq", - nazir vurğulayıb.
S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: “ Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır”. //Report
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub