2018-ci ilin Avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 329 milyon 805 min manat daxil olub. Bu, ən yüksək aylıq göstərici olmaqla bərabər, İyul ayı ilə müqayisədə 2,4% çoxdur. Belə ki, İyulda Komitənin xətti ilə dövlət büdcəsinə daxilolmalar 322 milyon 161 min manat təşkil etmişdi.
Mynews.az Komitəyə istinadən xəbər verir ki, 2017-ci ilin Avqust ayı ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 17,7% artıb. Ötən ilin Avqust ayında Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 280 milyon 128 min manat köçürmüşdü.
Cari ilin avqust ayında gömrük rüsumları üzrə 85 milyon 936 min manat, ƏDV üzrə 220 milyon 235 min manat, aksizlər üzrə 20 milyon 48 min manat, yol vergisi üzrə 3 milyon 585 min manat toplanıb.
8 AYDA İLLİK MÜQAYİSƏDƏ 33% ARTIB
Yanvar-avqust dövründə (8 ay ərzində) isə Dövlət Gömrük Komitəsi hesabına dövlət büdcəsinə 2 milyard 271 milyon manat vəsait daxil olub (33% artım). Ötən ilin eyni dövründə bu məbləğ 1 milyard 708 milyon manat təşkil etmişdi.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub