Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin yanacaqdoldurma məntəqələrində minik avtomobilləri üçün nəzərdə tutulmuş propan qazının (LPG) 1 litrinin qiymətinin 40 qəpikdən 45 qəpiyə qaldırılmasına münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, Şirkətdən verilən açıqlamada deyilir ki, bütün neft məhsulları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır.
“Avtomobil benzini və dizel yanacaqları üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı eyni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə alınmadan ancaq topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatı müxtəlif sahibkarlar tərəfindən həyata keçirilir və maye qazın pərakəndə satış qiyməti həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”, - deyə açıqlamada qeyd olunub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub