Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən Mynews.az-a verilən məlumata görə, sifarişçilər seçdikləri dövlət əmlakları üzrə prosesdə iştirak ediblər.
Bu dəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Bakı şəhəri, Nizami rayonunda yerləşir. A.Manafov küçəsi, 16 ünvanındakı bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 446.8 kv.m-dir. Müxtəlif xidmət sahələri üzrə əlverişli fəaliyyətə imkan verəcək bu obyekt üçün sifarişçi 90 min manat təklif edib.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış ili 1996 və 2007-dir. İştirakçı sifariş verdiyi "VAZ" markalı avtomobil üçün 1000 manat təklif edib. "Mercedes Benz" markalı nəqliyyat vasitəsinin isə hərracdakı yekun satış qiyməti 15 min 300 manat olub.
Komitə tərəfindən növbəti hərrac 18 sentyabr tarixində baş tutacaq. Növbəti hərraca ümumilikdə 172 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 88-i kiçik dövlət müəssisə və obyekti, 52-si qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub