Sentyabrın 15-də bəzi yollar bağlanacaq.
Bunu Mynews.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, yolların bağlanmasının səbəbi paytaxtda keçiriləcək hərbi paraddır:
“Paytaxtın Azadlıq meydanından başlayaraq, Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Keçiriləcək hərbi paradda iştirakçıların təhlükəsizliyini təmin etmək üçün Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən, Bayraq meydanı kimi tanınan ərazidən Yusif Səfərov və Afiyyətin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir”.
Vaqif Əsədov qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər kəs yaradılmış şərait üzrə hərəkət etməlidir:
“Tədbir tam başa çatanadək bu istiqamətlər üzrə hərəkət edən sürücülər avtomobillərlə hərəkət mümkünsüzlüyünü nəzərə alıb, alternativ yollarla hərəkət etməlidirlər”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub