Binə qəsəbəsində səliqəsiz təmir işləri aparan işçilər cəzalanıb.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Binə qəsəbəsinin daxili küçələrində artıq bir neçə gündür ki, çala təmiri işləri aparılır:
“Sosial şəbəkələrdə ötən gün həmin ərazidən bir foto paylaşıldı. Məsələ barədə agentliyin müvafiq şöbəsinə məlumat verildi. O cür səliqəsiz təmir işi aparan iş icraçıları cəzalandırıldı və nöqsan elə həmin gün aradan qaldırıldı”.
Qeyd edək ki, dünən sosial şəbəkədə Binə qəsəbəsində səliqəsiz təmir işləri aparılması barədə paylaşılan foto müzakirələrə səbəb olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub