USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Əlil arabası ilə metroya minmək olacaq FOTO

12:38 21.09.2018
Əlil arabası ilə metroya minmək olacaq FOTO
12:38 21.09.2018

Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir.

Qurumdan Mynews.az-a verilən məlumata görə, əlillərin və sağlamlığı məhdud insanların cəmiyyətə inteqrasiya edilməsi baxımından ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi, proqramların qəbul edilərək icra olunması intensivləşib. Məsələyə xüsusi həssaslıqla yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial ədalətin təmin edilməsi ilə bağlı iradəsinin və qətiyyətinin təzahürü olaraq, son illərdə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilir. 

Bu səbəbdən dövlət başçısının tapşırığına əsasən, əhalinin bütün təbəqələrinin metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə "Bakı Metropoliteni" QSC tarixinin ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəsinə start veriləcək. Məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır.

Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil. Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır.

Bununla belə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi "Bakı Metropoliteni" QSC-də daim gündəlikdə saxlanılan məsələdir. Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.


Xəbər lenti

300x200r