“İndiyədək çoxları bilmir ki, gömrüyün əsas funksiyası nədir”.
Mynews.az xəbər verir ki, Gömrük İslahatları və Modernləşdirmə mövzusunda media nümayə dələri üçün təlim başlayıb. Təlim zamanı çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bu gün Gömrükdə 3 istiqamətdə qlobal şəkildə islahatlar həyata keçirildiyini bildirib:
“Bizim əsas fəaliyyət istiqamətlərimiz çeviklik, beynəlxalq standartlar və rotasiyadır. Artıq gömrük işini nəzarət mexanizmindən xidmət mexanizminə keçirməyə başlamışıq. Gömrük elə bir sistemdir ki, onu bir neçə gün bağlayıb islahatlar aparmaq olmur. İş dayandırılmadan islahatlar aparılır. Düşünün ki, maşın gedir və onun 4 təkərini dayanmadan dəyişmək lazımdır. Biznes aləmi də narahatdır ki, gömrükdə böyük islahatlar gedir. Lakin bu islahatların sonunda hər kəs üçün daha rahat bir sistem qurulmuş olacaq. Media da bu istiqamətdə ictimaiyyəti mütəmadi məlumatlandırmalıdır. Keyfiyyət dəyişikliyi üçün bizə dəstək lazımdır. Təəssüf ki, indiyədək ictimaiyyətin böyük kütləsi bilmir ki, gömrüyün funskiyası nədir, rüsumla yığımın fərqi nədir”.
İqbal Babayevin sözlərinə görə, Azərbaycan Gömrüyünün əsas siyasəti təhlükəsizlikdir:
“Bizim əsas siyasətimiz təhlükəsizlik xidmətidir. Məsələn, Gürcüstanda fiskal siyasət aparılır. Onlar təhlükəsizliyə önəm vermədən, gömrükdən keçən avtomobilləri ciddi şəkildə yoxlamır. Onlar bldirir ki, bu başqa qurumların işidir. Biz dövlət büdcəsinin 13 faizini doldururuq. Gürcüstanda isə bu 60 faizdən çoxdur. Bizdə əsas fiskal siyasəti vergilər nazirliyi həyata keçirir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub