Rusiya Azərbaycanla məhsul istehsalı mərhələlərini vahid istehsalat xəttində birləşdirmək niyyətindədir. Məsələn, Moskva Bakıya texnika və gübrə tədarük etməyə, əvəzində isə ticarət şəbəkələri üçün hazır məhsullar idxal etməyə hazırdır.
Mynews.az xəbər verir ki, bunu Rusiyanın iqtisadiyyat naziri Maksim OreşkinAzərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının genişləndirilmiş iclasında bildirib.
“Kənd təsərrüfatında bu sahədə istifadə olunan texnikalar, gübrələrin tədarükündən başlayan və Azərbaycanda istehsal olunan məhsulların Rusiyanın ticarət şəbəkələrinə tədarükü ilə bitən layihələrin inkişafını müzakirə edirik”, - deyə, o, bildirib.
Rusiyalı nazirin sözlərinə görə, hər iki ölkə “yaşıl dəhlizləri”, ölkələr arasında mal dövriyyəsini inkişaf etdirməlidir.
“Qarşımızda qoyduğumuz məqsəd yaşıl dəhlizlərin yaradılması, Rusiya və Azərbaycan arasında malların bütün istiqamətlərdə hərəkətidir. Burada maneələrin azalması üçün planlı iş aparırırq”, - deyə, Oreşkin bildirib.
O həmçinin birgə istehsalatların yaradılmasının vacibliyini qeyd edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub