Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Sazişi imzalanıb.
Mynews.az-ın məlumatına görə, tədbirdə AMEA-nın prezidenti, akademik,Akif Əlizadə Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər dövlət başçısının Azərbaycanda qeyri-neft sektorunun göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Aqrar sahədə həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, bu sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var”.
Nazir qeyd edib ki, bu ilin may ayında nazirliyin tərkibində aqrar tədqiqatlar mərkəzi təsis edilib.
“Azərbaycanın məhdud torpaq, su resuslarının nəzərə alaraq kənd təsərrüfatını təhlil edəcək. Nazirliyin tərkibində yeddi elmi təqdiqat institutu var. Onların üzərinə böyük yük düşür. Etiraf edim ki, bu günə kimi AMEA ilə əməkdaşlıq zəif idi. Hesab edirik ki, bundan sonra əməkdaşlıq davam edəcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub