Bu gün Azərbaycanın daxili istehsal hesabına ət təminatı 90 faizə yaxındır.
Mynews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
Onun sözlərinə görə, heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanır:
“Ölkəmizdə ət təminatı 90 faizə yaxındır. Hesab edirəm ki, bu, dünya ölkələri ilə müqayisədə yüksək bir göstəricidir. Bununla yanaşı, artan tələbatı təmin etmək, gələcəkdə bu sahədə intensiv heyvandarlığın inkişafı üçün hazırda prezident İlham Əliyevin göstərişinə əsasən, heyvandarlığın inkişafı üzrə dövlət proqramı hazırlanır”.
Nazir qeyd edib ki, proqram hazırlandıqdan sonra gələcəkdə Azərbaycan ət ixracatçısına çevrilmiş olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub