Sabahdan başlayaraq oktyabrın 28-dək Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasında keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi baxacaq.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə yarmarka ilə bağlı keçirilən mətbuat konfrasında nazirliyin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə deyib ki, əvvəlki yarmarkalardan fərqli olaraq bu il rəhbərlik etdiyi qurum sərgi-satışda tərəfdaş qismində çıxış edəcək.
Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev isə qeyd edib ki, yarmarkaya çıxarılması planlaşdırılan 3 974 adda məhsuldan 900-ü, yəni təxminən 30 ton məhsul ekspertizanın nəticələrinə görə yararsızdır.
Mətbuat konfrasında çıxış edən KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran bildirib ki, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında 3-cü tərəf qismində çıxış edirlər: “Burada bizim işimiz Qida Təhlükəsizliyi Agentliyinin analiz nəticələrindən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirməkdir. Bununla da yarmarkanın tam şəffaf şəkildə keçirilməsinə və bu biznesin inkişafına töhfə verəcəyik".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub