Rəsmi statistika deyir ki, bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 26,2 mlrd. manat olub.
Dövlət Statistika Komitəsindən Mynews.az-a bildiriblər ki, ticarət dövriyyəsinin 13 133,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 024,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Bu ilin 10 ayında satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları üzrə 2,1% və qeyri-ərzaq üzrə 3,3% üstələyib.
Alıcılar pullarının 45,9%-ni ərzaq məhsulları almağa xərcləyiblər. Xərclərin 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2018-ci ilin yanvar-sentyabr aylarında məhsulların 16,9%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 32,3%-i isə bazar və yarmarkalarda satılıb.
Hesablamalara görə, əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 manat çoxdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub