Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan Mynews.az-a verilən xəbərə görə, verilən xəbərə görə, Bakı-Urumçi aviareysilə getmək istəyən Rusiya vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin baqajında və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni “Qırmızı kanal” buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.
Bundan sonra vətəndaş gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Burada onun baqajı rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Daha sonra həmin şəxsin şübhə doğuran çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada olan sellofan paketdəki corabın içində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan və ya gömrük nəzarətindən gizlədilən 154 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 15 400 ABŞ dolları aşkar edilib.
Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginas olmaqla, cəmi 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə, vətəndaşdan 25 400 ABŞ dolları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub