Bakının Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Mynews.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında 2000 mənzildən ibarət olan yaşayış kompleksinin qazlaşdırılması məqsədilə çəkilmiş diametri 315 millimetrlik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan işlər tamamlananadək Mətbuat və N.Nərimanov prospektləri, eləcə də Şərifzadə və H.Cavid küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən zəruri işlərin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələrinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub