“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Columbia Shipmanagement” şirkəti birgə müəssisə yaradır.
Bu barədə Mynews.az-a Gəmiçilikdən bildirilib.
Məlumata görə, bununla bağlı qurumun sədri Rauf Vəliyev və “Columbia Shipmanagement”in direktoru Henrix Şüller arasında anlaşma memorandumu imzalanıb.
Yeni birgə müəssisə vasitəsilə ikitərəfli əməkdaşlıq daha da güclənəcək. Belə ki, müəssisə beynəlxalq sularda böyük həcmli tankerlərin istismarı ilə bağlı təcrübə mübadiləsi, ASCO-nun dənizçilərinə və ofis heyətinə təlimlərin keçirilməsi və yeni xarici layihələrdə Gəmiçiliyin iştirakının təmin edilməsi üçün əsaslı zəmin yaradacaq.
Tərəflər arasında birgə müəssisənin yaradılması üçün danışıqların davam etdirilməsi, tələb olunan texniki-iqtisadi sənədlərin hazırlanması ilə bağlı razılıq əldə ediliblər.
Qeyd edək ki, ASCO və “Columbia Shipmanagement” arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Elə bu əməkdaşlığın nəticəsi olaraq hazırda ASCO-nun dənizçiləri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sözügedən beynəlxalq şirkətin gəmilərində təcrübə keçirlər. Birgə həyata keçirilən bu layihədən Gəmiçiliyin il ərzində ümumilikdə 20-dən çox dənizçisi faydalanacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub