Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

988
Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,4 dollar və yaxud 0,51% azalıb.

Mynews.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,06 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər lenti