Dövlət Gömrük Komitəsi təlimlərə start verib

951
Dövlət Gömrük Komitəsi təlimlərə start verib

Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi və təmsilçilik xidmətlərinin təkmilləşdirilməsi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsinə start verilib.

Komitədən Mynews.az-a verilən məlumata görə, təlimlər hər həftənin şənbə və bazar günləri (bayram günləri istisna olmaqla) qruplar şəklində saat 10:00-da Dövlət Gömrük Komitəsinin Akademiyasında keçiriləcək.

Təlimlərdən uğurla keçən, bacarıqlı və işinə məsuliyyətli şəxslərə müvafiq bal sistemilə qiymətləndirilməklə sertifikatların verilməsi və ardıcıl olaraq işlə təmin olunmasına köməklik edilir.

Mövzular:

·Ümumi müddəalar;

·Gömrük rəsmiləşdirilməsi;

·Gömrük prosedurları;

·Gömrük bəyannamələrinin doldurulması qaydalarına uyğun tərtib olunması;

·Gömrük təmsilçiliyi və gömrük təmsilçilik xidmət növlərinin təşkil olunması.

Tələblər:

·35 yaşa qədər oğlanlar və qızlar

·Ali təhsil

·Hərbi xidmət

·Texniki biliklər

·Komputer bilikləri (WORD/EXCEL/ İnternet ilə işləmək bacarığı)

Təlimlərdə iştirak etmək istəyən şəxslər tərcümeyi-halı(CV) elektron poçt ünvanına həftə içi I-V günlər göndərə bilərlər. Tərcümeyi-hal (CV) tərəfimizdən yoxlanıldıqdan sonra sizinlə əlaqə saxlanılacaq və ilkin qəbul vaxtı bildiriləcək.

Əlaqələndirici şəxs:

Anar Şükürov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,

"Azərterminalkompleks" Birliyi, Gömrük brokeri işinin təşkili şöbəsinin rəisi,

Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 3

Dövlət Gömrük Komitəsinin Akademiyası

Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 2

Tel: (+994) 12 447-16-38 , (+994) 12404-22-00/ 3224 , 3290 (həftə içi iş günləri 09:00-13:00)

Mob: (+994) 51226-40-10

Email: [email protected]

Xəbər lenti