2021-ci ilin yanvar ayında ölkədə 6 milyard 256,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Mynews.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz daha azdır.
Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artıb.
ÜDM istehsalının 40,6 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub