Son günlər ölkəmizdə 1 dollarlıq əsginasların elan saytlarında və sosial şəbəkələrdə kütləvi satışa çıxarılması il bağlı elanlara rast gəlmək mümkündür. Elanlarda 2013-cü ildə tədavülə buraxılmış bir dolların 100, 1000, 3000 manata satın alınacağı təklif olunur.
Bəzi iddialara görə, həmin əsginasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın "Twitter"dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kazımlı Trend-ə bildirib ki, bir dolların dəyərindən baha satılması heç bir iqtisadi əsasa söykənmir.
Onun sözlərinə görə, ABŞ Mərkəzi Bankının 2013-cü ildə tədavülə buraxdığı bir dollarların baha satılması barədə heç bir qərarı yoxdur. Bir dolların dəyərindən baha satılması daha çox dələduzluq meyillərinə hesablanıb. İlon Maskın "Twitter"dəki paylaşımını səbəb gətirirlər. Həmin ildə "dogecoin" adlanan kriptovalyuta buraxılmışdı. Buraxıldığı zamanlarda buna "zarafat" kriptovalyutası deyirdilər. Lakin İlon Mask bu kriptovalyuta ilə bağlı çoxlu tvitlər paylaşırdı və inandığını bildirirdi. Nəticədə, "dogecoin" 2021-ci ildə kapitalizasiyasına görə beşinci ən böyük kriptovalyutaya çevrilmişdi. 2013-cü ildə tədavülə buraxılan bir dolları alanlar ehtiyatlı olmalıdırlar. Onlar bilməlidirlər ki, bir dollarları rəzmi məzənnədən (hazırda 1,70 AZN) baha dəyişə bilməyəcəklər", - deyə ekspert bildirib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub