15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi!
Sərgidə 2022-ci ilin mart ayından etibarən müəssisə qeydə alınmış rəsmi əmtəə nişanı olan “Təbio” markası altında emalına başlanmış yüksək keyfiyyətli, biloji saf süd, ət və ət məhsulları, bal nümayiş olunub.
Əsas fəaliyyət istiqamətləri bitkiçilik və heyvandarlıq sahələrində kənd təsərrüfatı məhsullarının istehsalı və emal işinin təşkilini nəzərdə tutan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin missiyası dövlətə məxsus resursların müasir təcrübə, innovativ texnika və texnologiyaların tətbiqinə əsaslanaraq maksimal səmərə və effektivliklə istifadə edilməsi yoluyla ölkəmiz üçün yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına nail olmaq, ətraf mühitin harmoniyasının saxlanması şərtilə əhalinin maddi rifahı və ərzaq təhlükəsizlıiyinin təmin edilməsinə əhəmiyyətli töhfə verərək aqraq iqtisadiyyatın əsas drayverlərindən birinə çevrilməkdir.
Yüksək zövq ilə hazırlanmış stenddə müəssisə tərəfindən emal olunmuş süd məhsullarından- kərə yağı, pendir, xama, qaymaq, ayran, qatıq, düyü çeşidlərindən- uzun, yumru, Sədri, Haşimi, qara düyü, ət məhsullarından- kolbasa çeşidləri, sosiska çeşidləri, mal ətindən hazırlanmış konserva çeşidləri, bal çeşidlərindən- Kəlbəcər balı və Hacıkənd balı sərgi iştirakçılarının geniş marağına səbəb olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub