ABŞ dollarında 2022-ci ilin aprelindən müşahidə edilən yeni bahalaşma dalğası hələ də davam edir.
Mynews.az xəbər verir ki, dolların aparıcı 6 valyutaya qarşı orta məzənnə dəyərini ifadə edən dollar İndeksi bu gün 110 səviyyəsini keçib.
Dörd ay əvvəl indeks 98 səviyyəsində idi. Ötən müddətdə ABŞ dollarının aparıcı valyutalara qarşı orta dəyərinin 12 faizdən çox yüksəlməsi qeydı alınıb.
Dollardakı bahalaşma ABŞ-da yüksək inflyasiyaya qarşı mərkəzi bankın (FED) sərt pul-kredit siyasəti yürütməsidir. FED rəsmiləri bəyan edib ki, yüksək inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini davamlı artıracaqlar. Hazırda 2,25-2,5 səviyyəsində olan uçot dərəcəsinin sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda 2,75-3 həddinə qaldırılacağı güman olunur. İnflyasiya səviyyəsinin enməyəcəyi təqdirdə dərəcənin 3,75-ə qədər artırılacağı proqnozlaşdırılır.
Uçot dərəcəsinin artması ilə paralel olaraq FED dövriyyədə olan dolların miqdarını da azaldır.
Hər iki dəyişiklik isə dolların bahalaşmasına səbəb olur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub