“Rusiya gömrükçüləri həmin ölkənin bazarlarına satmağa apardığımız meyvə-tərəvəzlə dolu yük maşınlarımızı sərhəddə saxlayıblar. Bəhanə edirlər ki, guya biz Rusiya bazarlarına Azərbaycan məhsulu adıyla Türkiyə məhsulu aparırıq”.
Mynews.az xəbər verir ki, iş adamları AzadlıqRadiosu-na danışırlar ki, 10 gündən çoxdur, “Samur” gömrük keçid məntəqəsindən Rusiya bazarlarına satmağa apardıqları kənd təsərrüfatı məhsulları ilə dolu, azı, 50 yük maşını sərhəddə qalıb.
İşadamı Yusif Əliyev deyir, Rusiyaya Azərbaycana məxsus tonlarla kənd təsərrüfatı məhsulları aparır:
“Şəxsən özüm Zirə pomidoru vurmuşam. 100 min manatlıq məhsul bu dəqiqə zay olub getməkdədir. Öz məntəqəmizi keçmişəm, gəlib Rusiyanın buraxılış məntəqəsində ilişib qalmışam. Bir-iki gün də gözləsəm, 1 kilo da pomidor ələ gəlməyəcək. Hamı da mənim kimi narahatdır. Biri alma vurub, biri xiyar, biri göyərti... Hamısı xarab olur”.
Digər sahibkar Elmidar Hüseynov:
“Bəzi dələduzlar həqiqətən də bu aralar Türkiyə məhsullarını Azərbaycan məhsulu adıyla Rusiyaya keçirəndə ilişiblər. İndi onların əməlinin altını biz çəkirik. Məhsulumuza “türk malıdır” deyib saxlayıblar neytral zonada...”
Sahibkarlar kənd təsərrüfatı məhsullarıyla dolu yük maşınlarının hələ də neytral zonada gözlədiyini bildirirlər.
Qeyri-iş günləri olduğundan rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Yada salaq ki, ötən dekabrda Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitry Rogozin gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə gedib və özünün bildirdiyinə görə, məqsədi “sərhəddə buraxılış-keçid məntəqəsinin işini yoxlamaq” olub. D. Rogozin bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləmişdi.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub