Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verib.
Mynews.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı dəfələrlə açıqlama verilib.
"Biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ayın sonunda ödənilməlidir. Sadəcə Azərbahcan hökumətinin humanist növbəti addımə pndan ibarətdir ki, biz pensiyaları ayın sonunu gözləmədən ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq, ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir. Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub