Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb.
Mynews.az xəbər verir ki, marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır.
Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan "Belarus" kərə yağı hazırda 23,95 manata qalxıb.
Müqayisə üçün bildirək ki, sentyabrda "Belarus" kərə yağının bir kiloqramı 18,49 manat idi.
Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib.
Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub