Son bir ildə beynəlxalq birjalarda qızılın bahalaşması Azərbaycanda zərgərlik məmulatlarının qiymətində ciddi dəyişikliklərə səbəb olub.
Mynews.az xatırladır ki, son bir ildə dünyada xalis qızılın qiyməti 30 faiz artıb. Bir il əvvəl qramının qiyməti 66 dollar (112 manat) olan xalis qızıl hazırda 86 dollara (146 manat) satılır.
Xalis qızılın bahalaşması Azərbaycanda zərgərlik məmulatlarının pərakəndə satış qiymətlərində ciddi dəyişiklik yaradıb.
Dövlət Statistika Komitəsinin qiymət müayinəsinin nəticələrinə əsasən, 2024-cü ilin noyabrında zərgərlik məmulatları 2023-cü ilin noyabrına nisbətən 12,1 faiz bahalaşıb. Zərgərlik məmulatlarının dəyərində artım bu ilin martına nisbətən bir neçə dəfə güclənib. Martda illik qiymət artımı 3,3 faiz olmuşdu, amma noyabrda bahalaşma sürəti 4 dəfəyə yaxın artıb.
Bahalaşma qızıldan hazırlanan məmulatlarda daha böyük olub. İlin əvvəlində 5 qramlıq 750 əyar qızılın qiyməti 595 manat olduğu halda, noyabrda 710 manatı ötüb.
Qızıldan hazırlanan zərgərlik məmulatının dəyəri ötən bir ildə 19,3 faiz artıb.
Bahalaşma gümüşdən hazırlanan zərgərlik məmulatlarında da müşahidə edilir. Beş qramlıq gümüş üzüyün qiyməti ötən bir ildə 40 manatdan 42 manata qədər artıb.
Müqayisə göstərir ki, zərgərlik məmulatlarında bahalaşma məhz qızılın qiymətindəki dəyişikliklə bağlıdır.
1
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
1041 dəfə oxunub
2
Tramp İrana təşəkkür etdi
1036 dəfə oxunub
3
Tanınmış həkim qəfil vəfat etdi
1005 dəfə oxunub
4
“Qalatasaray”ın ulduzu həbs edildi
971 dəfə oxunub
5
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
954 dəfə oxunub