BMT-nin Azərbaycan Nümayəndəliyinin vasitəsilə Beynəlxalq İqlim Fondundan (GCF) qrant cəlb edilməsi məqsədilə aşağıtəzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifi hazırlanacaq.
Mynews.az-ın verdiyi məlumata görə, bu barədə şirkətin baş ofisində ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə ilə BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti arasında keçirilən görüşdə danışılıb.
Görüşdə 2015-ci il fevralın 26-sı tarixindən etibarən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsinin bütün komponentləri üzrə məlumat verilib və hazırda layihə üzrə görülən işlərin icra vəziyyəti haqqında müzakirələr aparılıb.
İstehsalat zərurəti nəzərə alınaraq, “Tullantı Mərkəzi”ndə sözügedən layihə çərçivəsində quraşdırılan alternativ enerji mənbələrinin gücünün artırılması təklif olunub. Bununla yanaşı, gələcəkdə BMT-nin Azərbaycan Nümayəndəliyinin vasitəsilə Beynəlxalq İqlim Fondundan qrant cəlb edilməsi məqsədilə aşağıtəzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifinin hazırlanması barədə razılığa gəlinib. Rəhbər komitənin növbəti görüşünün cari ilin fevral ayında keçirilməsi razılaşdırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub