Avtomobil gətirən şəxslər istəyirlər ki, xaricdən gələn avtomobilin xərcləri minumum olsun. İnsanların özlərinin xaricdən avtomobil gətirməsinin səbəbi qiymətin ucuz başa gəlməsi ilə bağlıdır. MDB ölkələrindən idxal olunan maşınlar daha çox rüsumdan azaddır. Buna baxmayaraq daxili yanma mühərriki benzin və dizel olan avtomoillər üçün gömrük rüsumu əl yandırır. Təbii ki, vəziyyətin bu cür olmasında ekoloji amillərin də payı var. İnsanlarda bu kimi avtomobillərə maraq azaltmaqla ekologiyaya daha az zərər verən avtomobillərə yönəltmək əsas məqsədlərdəndi.
"Xaricdən avtomobil gətirərkən həmişə gömrük rüsumu ödənilməlidir deyə bir anlayış yoxdur".
Bunu nəqliyyat eksperti Eyyub Əliyev deyib.
O bildirib ki, hazırda ölkəmizdə elektrik və hibrid avtomobillərə xüsusu güzəştlər var. Elektrik avtomobillər gömrük rüsumundan azaddırlar. Bura 3 ilə qədər ola avtomobillər aiddir. İstər fərdi şəxslər, istər sahibkarlar gömrük rüsumundan azad həmin avtomobilləri gətirə bilərlər.
"Əgər alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalayıbsa, bu halda idxal gömrük rüsumu tətbiq edilmir".
Qeyd edək ki, alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalamış dövlətlərin sırasında olarsa, bu halda ödənişlərdən biri - idxal gömrük rüsumu ödənilmir. Belə ki, "Sərbəst ticarət haqqında" ikitərəfli Sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir.
Bu sırada 10 ölkə var və onlar aşağıdakılardır:
1. Rusiya
2. Moldova
3. Ukrayna
4. Gürcüstan
5. Türkmənistan
6. Özbəkistan
7. Qazaxıstan
8. Qırğız Respublikası
9. Belarus
10. Tacikistan
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub