Moskva Kiyevi Avropa ölkələrinə təbii qaz nəqlini kəsmək cəhdində ittiham edib. Rusiya hərbçiləri “Türk axını” boru kəməri ilə qaz tədarük edən Qay-Kodzorda (Krasnodar diyarı, Rusiya) “Russkaya” kompressor stansiyasına doqquz pilotsuz təyyarənin hücumunu dəf edib. Bu barədə bazar ertəsi, yanvarın 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hücumun yanvarın 11-də baş verdiyi bildirilir. Moskva Kiyevi guya Avropa ölkələrinə qaz nəqlini kəsmək cəhdində ittiham edib.
Kompressor stansiyasının texniki işçiləri arasında itki və dağıntı olmayıb. Bir PUA-dan parçaların düşməsi nəticəsində “Russkaya CS”nin ərazisindəki qazölçmə məntəqəsinin binasına və avadanlıqlarına cüzi ziyan dəyib. “Qazprom” PAO-nun fövqəladə hallar qrupları tez bir zamanda düşən parçaların nəticələrini aradan qaldırıb və texnikanı bərpa ediblər”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, “Türk axını” ilə qaz təchizatı normal şəkildə davam edir.
Bundan əvvəl ruslar yanvarın 11-nə keçən gecə kütləvi dron hücumundan şikayət etmişdilər. İddialara görə, onlar 85 PUA-nı vurublar, onlardan 16-sı Krasnodar diyarı ərazisində olub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub