Serbiya prezidenti bəyan edib ki, Bakı fors-major vəziyyətə baxmayaraq, qaz nəqlini dayandırmayacaq. Mynews.az-ın verdiyi məlumata görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-majorun yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”, - Vuçiç bildirib.
O, Belqradda səfərini gözlədiyi Azərbaycana və Prezident İlham Əliyevə də təşəkkür edib.
Bir gün əvvəl Vuçiç Azərbaycandan Serbiyaya qaz nəqlinin fors-major vəziyyətə görə qeyri-müəyyən müddətə dayandırıldığını bildirmişdi.
Yada salaq ki, 2023-cü ildə Serbiya Azərbaycanla 2024-cü ildən etibarən ildə 400 milyon kubmetr qaz almağa dair müqavilə imzalayıb. Ümumilikdə, Serbiya ildə 3 milyard kubmetrdən çox tələb edirdi. Qazın qalan hissəsi Rusiyadan gəlir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub