Avropa Komissiyası bu gün, yanvarın 29-da 16-cı anti-Rusiya sanksiyalar paketinin layihəsini Aİ ölkələrinə təqdim edəcək. Mynews.az-ın məlumatına görə, bura mayeləşdirilmiş təbii qazın tədarükünə tam qadağa daxil olmayacaq. Finlandiya, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, on Aİ ölkəsi bu cür məhdudiyyətlərdə israrlıdır.
Yeni məhdudiyyətlər Aİ-nin ümumi qaz paylama sisteminə qoşulmayan sıxılmış qaz qəbul edən terminallara təsir edəcək. Sanksiyalar Rusiyanın əksər qaz idxalına təsir etməyəcək.
Aİ-nin “kölgə donanmasının” bir hissəsi hesab etdiyi 74 gəmi üçün məhdudiyyətlər nəzərdə tutulub. Avropa Komissiyası həmçinin alüminium tədarükü ilə bağlı məhdudiyyətlər təklif edəcək. Rusiyadan alüminium Aİ-nin ümumi idxalının 6%-ni təşkil edir. Litvanın energetika naziri Zigimantas Vaiçinas ölkəsinin Rusiyadan sıxılmış qaz idxalına qadağa qoyulmayacağından məyus olduğunu bildirib. O, məhdudiyyətin gələcəkdə tətbiq olunacağına ümid edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub