"Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub".
Mynews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Dünya inkişafı haqqında hesabat"ın təqdimatı zamanı deyib.
O bildirib ki, Azərbaycan hazırda 54 ortagəlirli ölkələr sırasındadır.
"Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-də Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq", - deyə Ş.Mövsümov qeyd edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub