Hadisə texniki nasazlıq ucbatından baş verib. Belə ki, müəyyən məbləğdəki köçürmələr bir neçə dəfə təkrarlanıb.
Almaniyanın dövlət bankı — "Kreditanstalt für Wiederaufbau" (KfW) səhvən 5,4 milyard dolları digər dörd bankın hesabına keçirib.
Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.
"Biz tez bir zamanda bu səhvdən xəbər tutduq və onu aradan qaldırdıq. Köçürülən məbləğ geri qaytarıldı" — bankın bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bank bu hadisə ilə bağlı təəssüflənir və insidentin səbəbinin insan amili olduğunu istisna etmir. Bloomberg-in məlumatına əsasən, hadisə texniki nasazlıq ucbatından baş verib.
Belə ki, müəyyən məbləğdəki köçürmələr bir neçə dəfə təkrarlanıb. Bu KfW bankının köçürmələrlə bağlı ilk səhvi deyil. 2008-ci ilin sentyabrında bank səhvən o dövrdə artıq müflis olmuş Lehman Brothers bankının hesabına 300 milyon avrodan çox vəsait köçürüb. Hadisə siyasi qalmaqala səbəb olub, mətbuat isə KfW-ni "Almaniyanın ən səfeh bankı" adlandırıb.
KfW "Deutsche Bank" və "Commerzbank"-dan sonra Almaniyanın üçüncü ən iri bankıdır. Onun müşahidə şurasına maliyyə naziri Volfhanq Şoyble rəhbərlik edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub