2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Mədəniyyət Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, 320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.
Layihə çərçivəsində zəlzələdə ciddi ziyan çəkən Sezai Karakoç İbtidai məktəbinin yerində Heydər Əliyev İbtidai məktəbi tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub