2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 72.3 milyon manat təşkil edib.
Mynews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% və ya 10.8 milyon manat artıb. Belə ki, 2024-cü ilin I rübündə bankların bu qəbildən olan gəlirləri 61.5 milyon manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın nağd ABŞ dolları ilə alqı-satqı əməliyyatlarının həcmi 965 milyon 218 min, avro ilə 103 milyon 129.6 min, Rusiya rublu ilə 1 milyard 520.3 milyon, İngilis funtsterlinqi ilə əməliyyatların həcmi isə 6 milyon 95.6 min təşkil edib.
Xatırladaq ki, bu ilin ilk 3 ayında banklar 253.3 milyon manat xalis mənfəət əldə ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub